Petkim və "Azərikimya" İB əməkdaşlığı çərçivəsində SOCAR Azərbaycanda öz beynəlxalq təcrübəsindən yararlanacaq
SOCAR-ın beynəlxalq təcrübəsindən Azərbaycanda yararlanmaq məqsədi ilə “Azərikimya” İB və Dünya İqtisadi Forumu tərəfindən dünyanın ən çox rəqəmsallaşan 18 şirkət sırasına daxil edilmiş SOCAR-ın Türkiyədəki analoji müəssisəsi- “Petkim Petrokimya Holding A.Ş.” arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. SOCAR-ın Türkiyə və Azərbaycandakı zavodlarının əməkdaşları arasında müasir bilik və təcrübə mübadiləsi aparılacaq. “Azərikimya” İB-nin bir qrup gənc mühəndisi yeni qurğuların idarəetmə mexanizmlərini dərindən mənimsəmək məqsədilə 2020-ci ilin birinci rübündə intensiv praktiki təlimlərdə iştirak etmək üçün mərhələli şəkildə “Petkim Petrokimya Holding A.Ş.”yə ezam olunurlar.
Orxan Vahidoğlu, "İki sahil"
“S&P Global Ratings” SOCAR-ın uzunmüddətli emitent reytinqini BB səviyyəsinə yüksəldib
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
SOCAR-ın kredit reytinqi: Şəffaf maliyyə siyasəti beynəlxalq etimadı gücləndirir