19 iyun 2020 11:58
2123

SOCAR-da həyata keçirilən xeyirxah missiya - FOTO

SOCAR-ın idarə və müəssisələri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində  qanvermə təşəbbüsünə böyük ruh yüksəkliyi ilə qoşulub. "İki sahil" xəbər  verir ki, Şirkət rəhbərliyinin göstərişi əsasında SOCAR-ın Baş ofisində və şirkətin strukturuna daxil olan qurumlarda “Donor günü” aksiyası ilə əlaqədar  qrafik tərtib edilib.  B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya institutu ilə razılaşdırıldıqdan sonra talassemiyalı xəstələr üçün qanvermə  prosesi uğurla həyata keçirilib.  SOCAR-ın  ənənəvi olaraq atdığı bu xeyrxah addım Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən yüksək qiymətləndirilib, şirkət  aksiyanın öncül  təşkilatı kimi Mərkəz tərəfindən təltif edilib.

SOCAR kollektivi  “Qan ver, həyat xilas et!” devizi altında keçirilən hemofiliya və talassemiyalı xəstələr üçün qanvermə aksiyalarında bundan sonra da yaxından iştirak etmək əzmindədir.

Qeyd edək ki, SOCAR-ın çoxminli kollektivi  talasemiyyalı xəstələrə yardım etmək məqsədi ilə könüllü  qanvermə aksiyalarında 2009-cu ildən etibarən fəal iştirak edir. 2020-ci ilin iyun ayına qədər şirkətin 34563 nəfər əməkdşı bu humanist alsiyaya qoşularaq, talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara qan verməklə köməklik göstərib.