02 may 2019 15:48
3021

SOCAR-da yeni təyinat olub

SOCAR-ın “Azneft” İstehsalat Birliyinə yeni baş mühəndis təyinatı olub. 

Birliyin baş direktorunun birinci müavini, baş mühəndis vəzifəsinə təcrübəli neftçi Rövşən Qarayev təyin  edilib. 

"İki sahil" xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyinin "Facebook" səhifəsində məlumat verilib.

Rövşən Qarayev artıq  Birliyin kollektivinə təqdim edilib.