13 mart 2019 14:50
213

SOCAR-ın Daxili Təqaüd Proqramına sənəd qəbulu başlayıb

SOCAR-ın Daxili Təqaüd Proqramına sənəd qəbulu başlayır. “İki sahil” xəbər verir ki, müsabiqə 2018-2019-cu tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr pilləsinin əyani şöbəsinin 2-ci, 3-cü və 4-cü kurslarında, magistratura pilləsinin isə əyani və ya qiyabi şöbələrinin müvafiq ixtisaslarında təhsil alan tələbələri arasında keçirilir. İddiaçılar www.socar.az veb-səhifəsinin Karyera bölməsinin Təqaüd proqramları alt-bölməsindəki şərtlər və suallarla tanış olduqdan sonra "Qeydiyyat" bölməsində profil yaradaraq proqrama müraciət edə bilərlər.  Müsabiqədə iştirak etmək üçün son qeydiyyat tarixi 01 aprel 2019-cu ildir.

Xatırladaq ki, SOCAR istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004-2005-ci tədris ilindən etibarən tələbələr üçün Daxili Təqaüd Proqramını təsis etmişdir. Təqaüd proqramı ilk illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün nəzərdə tutulsa da, hazırda ölkədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrinə şamil edilir.