23 yanvar 2020 13:47
1635

SOCAR-ın müstəqil reytinqinin yaxşılaşdırılması gözlənilən idi

Bu sözləri SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

“Çünki ötən illərdə şirkət ölkə daxilində və xaricdə həyata keçirdiyi bir çox böyük layihələri uğurla başa çatdırıb. Daha əvvəl həmin layihələrə vəsait cəlb olunurdusa, artıq onlar kapital xərc tələb etmir. “SOCAR Polymer”, SOCAR Karbamid, TANAP, “Star” neft emalı zavodu kimi layihələr artıq işləkdir və gəlir gətirməyə başlayıb. SOCAR həm də son illərdə, ölkəmizdəki təbii köhnələn yataqlarda işlədiyinə baxmayaraq, neft-qaz hasilatının səviyyəsini sabitləşdirməyə də nail olub. Buna görə SOCAR-ın ümumi borcu, planlaşdırıldığı kimi azalmaqdadır və bu tendensiya qarşıdakı illərdə davam edəcək”, - deyə o bildirib.

Qeyd edək ki, “Moody’s” beynəlxalq reytinq agentliyi SOCAR-ın kredit reytinqini “B1” səviyyəsində təsdiq edib. //AZƏRTAC