11 oktyabr 2019 18:17
1064

SOCAR-ın prezidenti əfqanıstanlı nazir ilə görüşüb

Oktyabrın 11-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Əfqanıstan İslam Respublikasının Ticarət və sənaye naziri Acmal Əhmədinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.Görüşdə Azərbaycan-Əfqanıstan iqtisadi əlaqələrinin inkişafında neft-qaz sahəsində münasibətlərin roluna toxunulmuş, son illərdə Azərbaycanda istehsal olunan neft məhsullarının Əfqanıstanın yanacaq bazarında mühüm yer tutduğu vurğulanmışdır.

Əfqanıstan İslam Respublikasının Ticarət və sənaye naziri Acmal Əhmədi ölkəsinin yanacaq bazarı haqqında SOCAR prezidentinə məlumat vermiş, idxalın şaxələndirilməsi məqsədi ilə SOCAR-la əməkdaşlığın yeni müstəviyə qaldırılmasında maraqlı olduqlarını qeyd etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmış, gələcək əməkdaşlığın perspektivlərini müzakirə olunmuşdur.