18 mart 2019 17:30
1213

SOCAR-ın prezidenti “LUKOİL” Şirkətinin prezidenti ilə görüşüb

Martın 18-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Rusiyanın “LUKOİL” Şirkətinin prezidenti Vahid Ələkbərovla görüşmüşdür. Görüşdə “LUKOIL” şirkəti ilə SOCAR arasında olan uzunmüddətli əlaqələrdən söhbət açılmış, Azərbaycanda həyata keçirilən layihələrdə “LUKOİL” iştirakı yüksək qiymətləndirilmişdir.Vahid Ələkbərov rəhbərlik etdiyi şirkətin SOCAR ilə əlaqələrinin strateji əhəmiyyət daşıdığını bildirmiş, Azərbaycan dövləti tərəfindən xarici sərmayədarlara investisiyaların yatırılması üçün münbit şəraitin yaradılmasını yuksək qiymətləndirmiş, bu baxımdan Azərbaycanda yeni sahələrə investisiya qoyulmasının müzakirə olunduğunu, müxtəlif istiqamətlərdə əməkdaşlıqdan məmnunluğunu ifadə etmişdir. 

“LUKOİL” Şirkəti Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir. Şirkət “Şahdəniz” və cənub Cənubi Qafqaz Boru Kəməri layihələrinin hər birində 10 faiz paya malikdir. Bundan başqa, ölkədə pərakəndə yanacaq bazarında iştirak edir.