15 yanvar 2020 13:32
858

SOCAR-ın “Qaz İxrac” İdarəsində əməyin mühafizəsi sahəsində görülmüş işlər müzakirə olunub - FOTO

SOCAR – ın “Qaz İxrac” İdarəsində (Qİİ) 2019-cu il  ərzində əməyin mühafizəsi sahəsində görülmüş işlər müzakirə edilmişdir. Əməyin mühafizəsi üzrə rəis müavini Sarxan Babaşov çıxış edərək müvafiq işlərin “Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi”nin tələblərinə uyğun şəkildə həyata keçirildiyini bildirmişdir.

Qeyd olunmuşdur ki, idarənin obyektlərində daimi fəaliyyət göstərən komissiyanın, müvafiq şöbə və nəzarətedici orqanların (FHN-nin SİTGDMN Dövlət Agentliyi, AR FHN DYNX)  nümayəndələri tərəfindən istehsalat sahələrində yoxlamalar aparılmış, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür. İl ərzində işçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair bilikləri yoxlanılmış, nomenklatur tədbirlər planı yerinə yetirilmişdir. Bununla yanaşı, Magistral Qaz Kəmərləri sahələrində (MQKS) əmək şəraitinin vəziyyətinin kompleks yoxlanılması ərəfəsində işçilər maarifləndirilmiş,  “28 aprel -  Ümumdünya Əməyin Mühafizəsi günü” ilə əlaqədar “Əməyin mühafizəsi və əmək sferasının gələcəyi” mövzusunda bütün struktur bölmələrində tədbirlər keçirilmişdir. 

MQKS-lərin istehsalat obyektlərində əmək şəraitinin yaxşılaşdırılması, sanitariya və gigiyena sahələrində də bir sıra işlər görülmüşdür. Belə ki, Magistral Qaz Kəmərləri Sahələrinin balansında olan bəzi QPS-lərdə   müasir standartlara cavab verən operator otaqları və sanitar qovşaqları tikilmiş, eləcə də QPS-lər hər cür şəraiti olan vaqon evciklərlə təmin olunmuşdur. Evciklərdə təmir işləri aparılmış, QPS-lərdə yanğın və içməli su hovuzları tikilmişdir. Astara və Hacıqabul MQKS-lərinin inzibati binalarının həyətində işçilərin asudə vaxtlarını səmərəli keçirmələri üçün mini-futbol meydançası tikilərək istifadəyə verilmişdir.

İdarənin  illik iş proqramı çərçivəsində ətraf  mühitin  mühafizəsi istiqamətində   tədbirlər  həyata  keçirilmiş, o cümlədən,  il ərzində təhlükəli, bərk və selliloz tullantılar aidiyyatı üzrə təhvil verilmişdir.

MQKS – lərdə əmək şəraitinin vəziyyətinin kompleks yoxlanılması ərəfəsində işçilərlə “İstilikdən yaranan stress”, “Günvurma zamanı ilkin tibbi yardım” və digər mövzularda maarifləndirmə işləri həyata keçirilmişdir. İl ərzində Ekologiya İdarəsinin GEM – nin işçiləri tərəfindən “Qaz İxrac” İdarəsinin idarə aparatında, MQKS – lərin ərazilərində, inzibati binalarında, KS –lərdə, QPS – lərdə və s. dezinfeksiya, dezinseksiya və deratizasiya işləri həyata keçirilmişdir.

İlin yaz – yay mövsümündə  iməciliklər keçirilmiş, bu iməciliklər zamanı 5916 ədəd ağac və gül kolları əkilmişdir. Əkilən ağacların suvarılması üçün süni suvarma üsulları tətbiq edilmiş və mütəmadi olaraq aqrotexniki qulluq göstərilmişdir.

“Qaz İxrac” İdarəsində ISO 9001-2015, ISO 14001-2015, ISO 50001-2018 və İSO 45001-2018 Beynəlxalq Standartlarının tələbləri səviyyəsində lazımi işlər görülmüşdür. OHSAS 18001 İdarəetmə sisteminin yeni İSO 45001 Beynəlxalq standartı ilə əvəz edilməsi və eyni zamnda ISO 50001-2018 ci il versiyasının tətbiqi ilə əlaqədar İdarəetmə sistemi üzrə bütün sənədlər gözdən keçirilmiş  və İdarənin Siyasəti, Əl kitabı və Prosedurlar yenidən reviziya edilmişdir. Bununla əlaqədar Qİİ-nin İdarəetmə aparatı, 7 MQKS və MQBTTS üzrə çalışan personal ilə müvafiq proqrama uyğun fərdi qaydada görüşməklə və ya toplantılar şəklində  maarifləndirmə işləri aparılmışdır.

 İl  ərzində İşçilərin peşəkarlıq səviyyəsinin artırılması, onların ikinci peşəyə yiyələnmələri və tətbiq olunan ISO 9001, ISO 14001, ISO 50001 və İSO 45001 Beynəlxalq Standartlarına edilmiş dəyişikliklər üzrə işçilərin öyrədilməsi məqsədilə ümumilikdə 88 nəfər işçi Təlim, Tədris  və Sertifikatlaşdırma İdarəsində müxtəlif kurslarda  iştirak etmişdir.

    2019-cü il ərzində “Qaz İxrac” İdarəsi üzrə bədbəxt hadisə və  peşə xəstəlikləri qeydə alınmamışdır.

   Hesabat yığıncağında “Qaz İxrac” İdarəsi rəisinin birinci müavini Nazim Səmədzadə və digər çıxış edənlər əməyin mühafizəsi sahəsində görülmüş işləri müsbət qiymətləndirmişlər.

   Tədbirdə SOCAR – ın Sağlamlıq və Əməyin Təhlükəsizliyi İdarəsinin rəisi Yaşar Əhmədov çıxış etmiş və tövsiyyələrini vermişdir.

Həzi Həsənli