30 noyabr 2020 14:48
2662

SOCAR-ın Sosial İnkişaf İdarəsi qanvermə aksiyasında iştirak edib

SOCAR ölkəmizin möhtəşəm neft layihələrini icra etməklə kifayətlənmir, eyni zamanda, ən böyük sosial layihələrin, humanitar aksiyaların həyata keçirilməsində iştirak edir. Xüsusilə insanlara firavanlıq və rahatlıq gətirən bu layihə və aksiyalar SOCAR-ın rəhbərliyi tərəfindən tam dəstəklənir.

Belə humanitar aksiyalardan biri də SOCAR-ın bir neçə ildir ki, həyata keçirdiyi  qanvermə aksiyasıdır. Qeyd edək ki, Şirkət hemofiliya və talassemiyadan əziyyət çəkənlərə yardım göstərilməsi istiqamətində Heydər Əliyev Fondunun  təşəbbüsünü tam dəstəkləyir. Belə ki, noyabrın 27-də SOCAR-ın Sosial İnkişaf İdarəsinin əməkdaşları da başda idarənin rəisi Qasım İbrahimov olmaqla qanvermə aksiyasında iştirak ediblər. Bu tibbi prosesi B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu həyata keçirib.

İdarənin rəis müavini Namiq Quliyev bildirib ki, talassemiyadan əziyyət çəkənlərə kömək etmək bu gün həllivacib məsələlərdən biridir. Onun sözlərinə görə, Birinci vitse- prezident,  Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın başlatdığı bu missiyaya qoşularaq talassemiyadan əziyyət çəkən uşaqlara qismən də olsa yardım etməyi özümüzün vətəndaşlıq borcu hesab ediri: «Düşünürəm ki, bizim verdiyimiz qan başqalarının yaşamasına, həyati problemlərinin həllinə böyük fayda verəcəkdir. Bu kampaniyaya qoşulanlar əslində ən böyük savab sahibidirlər.»

SOCAR-ın Sosial İnkişaf İdarəsinin qanvermədə fəal iştirak edən əməkdaşları Əli Nəcəfov, Əminə Cəbrayılova, Yusif Çələbiyev, Sumeysət Fərzullayeva kampaniyada iştirakdan məmnunluqlarını ifadə edərək vurguladılar ki, aksiyanın məqsədi talassemiyadan əziyyət çəkən uşaqlara yeni həyat vermək, onlara yardım etmək istəkləridir. Onlar bu aksiyanın təşkilatçılarına da xeyirxah niyyətlərinə görə minnətdarlıqlarını ifadə ediblər.

Elçin Zaman,

«İki sahil»