04 yanvar 2019 17:43
1525

SOCAR-ın vitse-prezidenti Parisdə

SOCAR-ın vitse-prezidenti Parisdə “Metan emissiyalarının azaldılması üzrə rəhbər prinsiplər” adlı tədbirdə iştirak edəcək

Yanvarın 11-də Fransa Respublikasının paytaxtı Parisdə “Metan emissiyalarının azaldılması üzrə rəhbər prinsiplər” mövzusunda tədbir keçiriləcək.

SOCAR-dan verilən məlumata görə, tədbir BP, Eni, Equinor, ExxonMobil, Shell, Total və Wintershall şirkətlərinin təşəbbüsü ilə təşkil olunur.

Tədbirdə SOCAR-ı şirkətin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə təmsil edəcək.

Qeyd edək ki, qlobal istiləşmə və iqlim dəyişmələri bu gün bütün bəşəriyyəti narahat edən problemlərdəndir. Bu kimi məsələlərin həllində SOCAR beynəlxalq əməkdaşlığa xüsusi önəm verir.