28 oktyabr 2020 18:39
1562

SOCAR “Petlim” terminalında əməliyyat tərəfdaşlığını qiymətləndirə bilər

SOCAR İzmirin Əliağa bölgəsindəki “Petlim” terminalı üzrə əməliyyat tərəfdaşlığını qiymətləndirə bilər.

"İki sahil" AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş icraçı direktoru Zaur Qəhrəmanov deyib.

O, SOCAR və “Goldman Sachs”ın birgə səhmdarı olduğu terminalı tamamilə satmağı düşünmədiklərini söyləyib: “Ancaq terminal bizim əsas iş sahələrimizdən biri deyil və yüksək potensiala sahib olduğu üçün əməliyyat və idarəetmə sahəsində ixtisaslaşmış bir şirkətlə əməliyyat tərəfdaşlığını qiymətləndirə bilərik”.

Xatırladaq ki, SOCAR terminalda 70 faizlik paya sahibdir. Qalan səhmlər isə “Goldman Sachs”a məxsusdur. İllik 1,5 milyon TEU konteyner tutumuna malik liman 400 milyon dollarlıq investisiya ilə inşa edilib.

Qeyd edək ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir.