İşğaldan azad olunmuş bütün ərzilərdə SOCAR-ın yanacaqdoldurma məntəqələri (YDM) istifadəyə veriləcək.
“SOCAR Petroleum” QSC-dən "İki sahil"ə bildirilib ki, 30 illik həsrətdən sonra böyük fəxarət və qürur hissi ilə deyirik: “Qəhrəmanlıq salnaməsi yazılan Natavanın, Üzeyirin, Vaqifin, Xarı Bülbülün Vətəni, ən əsası Qarabağın incisi olan Şuşa həmişəlik bizimdir. Bizim qayıdışımızla Şuşanın yenidən oyanışı başladı. Biz də bu oyanışa dəstək olaraq Şuşa şəhərini yanacaqla təmin etdik. “SOCAR Petroleum” bununla yekunlaşmayıb, gələcəkdə işğaldan azad olunmuş bütün torpaqlarımızda “SOCAR” brendli yanacaqdoldurma məntəqələrini istismara verməyi planlaşdırır”.