18 noyabr 2019 17:16
1368

SOCAR Polymer "Caspian Ecology 2019" adlı sərgidə iştirak edib - FOTO

SOCAR Polymer 13-15 noyabr tarixlərində "Caspian Ecology 2019" adlı 10-cu yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edib. Sərgi çərçivəsində iştirakçılar şirkətimizin ətraf mühitə zərəri minimuma endirmək üçün görülən tədbirlər barədə ətraflı məlumat tapmaq imkanı qazanıblar.

Şirkəti sərgidə SƏTƏM-in ətraf mühit üzrə qrup rəhbəri Kamran Babayev, İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssis İlahə Hacıyeva və İctimaiyyətlə Əlaqələr üzrə kiçik mütəxəssis Bəxtiyar Allahverdiyev təmsil etmişdir.

Xatırladaq ki, 10 ölkədən 60-a yaxın şirkətin və qurumların təmsil olunduğu sərginin əsas məqsədi ictimaiyyət və müvafiq qurumların diqqətini ekoloji cəhətdən təmiz mühitin mühafizəsinə cəb etmək və şirkətləri bu sahədə optimallaşmağa təşviq etmək olmuşdur.