19 aprel 2019 13:21
985

SOCAR rəsmisi: Hazırda Rusiyada yataqların işlənilməsi ilə bağlı danışıqlar aparılmır

"Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rusiyada yataqlarla bağlı danışıqlar mövzusu olan heç bir layihə mövcud deyil".

“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, imkanlara baxılır, ancaq hazırda yataqların işlənilməsi, “upstream” layihəsi ilə bağlı danışıqlar aparılmır.