30 iyul 2019 11:37
1489

SOCAR Rumıniyadakı yanacaqdoldurma məntəqələrinin sayını açıqlayıb

Hazırda Rumıniyada SOCAR ilə 43 yanacaqdoldurma məntəqəsi (YDM) fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilir ki, Rumıniyada SOCAR ilə YDM şəbəkəsi 2011-ci ildən fəaliyyətdədir. Ölkənin 20 regionunda SOCAR-ın 43 yanacaqdoldurma məntəqəsi var. YDM-lərdə daha çox dizel (normal) və “Aİ-95” markalı benzin satılır. Son illər YDM-lərdə elektriklə işləyən avtomobillərin enerji ilə doldurulması məqsədilə avadanlıq da quraşdırılıb.