20 fevral 2019 14:50
1184

SOCAR son 2 ildə qazma işlərinin həcmini artırıb

“Son 2 ildə SOCAR ümumi qazma işlərinin həcmini 66 faiz artırıb”.

“İki sahil” xəbər verir ki, bu fikirlər SOCAR prezidenti Rövnəq Abdullayevin Bakıda Beynəlxalq Qazmaçılar Assosiasiyasının Xəzərdə qazma işlərinə dair keçirilən 2019-cu il sərgi-konfrans iştirakçılarına ünvanladığı məktubda qeyd edilib. Məktubu SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov oxuyub. R.Abdullayev məktubda Azərbaycanın nail olduğu sabit sosial-iqtisadi inkişafın ümumilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən enerji strategiyası çərçivəsində həyata keçirilən beynəlxalq layihələrlə sıx əlaqəli olduğunu qeyd edərək bildirib: "Bu gün Azərbaycanın həyata keçirdiyi neft-qaz layihələri dünya energetikasının ayrılmaz hissəsi olub. Bütün icra etdiyimiz layihələrdə daim hökumətin dəstəyini hiss edirik".

Daha sonra məktubda SOCAR-in qazma və hasilat üzrə mütəxəssislərinin Xəzər dənizinin ən mürəkkəb yataqlarında çalışdığı bildirilib.