03 mart 2020 15:54
2236

SOCAR Tunisə 90 milyon dollarlıq xam neft göndərib

SOCAR iki ay ərzində Tunisə 90 milyon dollarlıq xam neft göndərib.

Bu barədə AZƏRTAC-a SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

“Keçən ilin dekabrında 30 milyon dollar dəyərində nefti daşıyan tanker Ceyhan limanından Tunisə yollanıb. Yanvarda isə təxminən 60 milyon dollarlıq nefti daşıyan 2 tanker Supsa limanından Tunisə göndərilib”, - deyə o bildirib.