13 mart 2020 19:55
2761

SOCAR yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verib

Beynəlxalq dərəcəli şose sayılan Gürcüstan-Qazax-Bakı magistralı, Goranboy rayonu, Boluslu kəndi ərazisində “SOCAR” brendi ilə yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

“SOCAR Petroleum” QSC-dən bildirilib ki, ölkə üzrə sayca 31-ci olan bu YDM-də “Premium”, “A-92” markalı benzin və “dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Məntəqədə dörd yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da altı kiçik avtonəqliyyat vasitəsi və iki iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. Hazırda bu yanacaqdoldurma məntəqəsində 20 nəfər işçi çalışır.

QSC-nin 31 yanacaqdoldurma məntəqələrindən ibarət şəbəkəsi, 11 neft terminal bazası fəaliyyət göstərir. “SOCAR Petroleum” respublika üzrə yeganə sıxılmış təbii qaz (CNG) terminalına və CNG şəbəkəsinə malikdir, ekoloji cəhətdən təmiz CNG yanacağının tətbiqində liderdir.