12 iyul 2019 10:40
181

Soğan İstehsalçıları və İstehlakçıları Assosiasiyası yaradılacaq

Yaxın vaxtlarda “Azərbaycan Soğan İstehsalçıları və İstehlakçıları Assosiasiyası” İctimai Birliyi yaradılacaq.

Bu barədə İmişli rayonunda "Sənaye Bitkilərinin İstehsalı və Emalı Kooperativi"nin təsis konftansı zamanı kənd təsərrüfatı nazirinin müavini İlham Quluyev məlumat verib. İ.Quluyev həmçinin deyib ki, hazırda soğan baha deyil: “Bu məhsul, demək olar ki, real dəyərinə - ona çəkilmiş xərcə uyğun qiymətə satılır. Soğanın məhsuldarlığı yüksəkdir, buna görə də onun qiymətində azalma var və hətta Azərbaycandan ixrac olunur.”