24 noyabr 2020 17:32
1004

Son sutkada 3646 nəfər COVID-19-a yoluxub, 34 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3646 yeni yoluxma faktı qeydə alınıb, 1259 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İki sahil"ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.