10 iyul 2020 16:28
1598

Sonuncu pasiyenti sağaldıb xəstəxananı bağladılar - FOTO

Birləşmiş Ərəb Əmirlikləri koronavirus pandemiyasına qalib gəlmək yolunda inamla addımlayır.

Dubayda COVID-19 xəstələri üçün ayrılmış xəstəxananın sonuncu pasiyenti evə buraxılıb.

Həmin xəstə Yaponiya vətəndaşı Hiroaki Fudzita olub. Xəstəxananın tibbi heyəti sonuncu pasiyenti gül dəstələri və alqışlarla yola salıb. Daha sonra xəstəxananın fəaliyyəti dayandırılıb. Lakin ikinci dalğa ehtimalına qarşı avadanlıqlar olduğu kimi saxlanılıb.

Hazırda BƏƏ-nin paytaxtı Əbu-Dabi və Şaryax şəhərlərində COVID-19 xəstələrinin müalicəsi davam edir.

Son rəqəmlərə görə, BƏƏ-də 53 min 577 nəfər koronavirusa yoluxub, 328 nəfər ölüb. 43 min 570 nəfər sağalıb. Hazırda 9 min 679 aktiv koronavirus xəstəsi var. //publika.az