11 avqust 2020 16:17
855

Soyğunçu saxlanıldı - FOTO

Bakıda 30-a yaxın evdən oğurluq edən şəxs saxlanılıb

Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Nərimanov rayonu ərazisindəki mənzillərdən birindən 1535 manat dəyərində qızıl-zinət əşyaları, noutbuk və qol saatı oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini Samir İsmayılov saxlanılıb.

“İki sahil” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, .Polis idarəsində ifadə verən zaman o, paytaxtda 30-a yaxın məznildən oğurluq etdiyini etiraf edib.

Qeyd edək ki, Samir İsmayılovun oğurluq etmə anı mənzillərin bəzilərinin dəhlizlərdə quraşdırılan təhlükəsizlik kameraları vasitəsi ilə lentə alınıb.

Saxlanılan şəxs oğurluq zamanı əldə etdiyi qızıl-zinət əşyalarının bir qismini Sumqayıt şəhərində dəyər dəyməzinə satıb.

Qeyd olunan faktlarla bağlı şəxslər barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa Bakı şəhər Baş Polis İdarəsi və ya DİN-in “102” Zəng Mərkəzinə müraciət edə bilərlər.