10 oktyabr 2019 13:25
135

STAR 1 milyon tona yaxın təyyarə yanacağı istehsal etməyə planlaşdırır

Neftin qiymətindən asılı olaraq SOCAR-ın Türkiyədə yerləşən STAR neft emalı zavodunun (NEZ) illik gəlirləri 6-9 mlrd. ABŞ dolları təşkil edəcək.
"İki sahil" xəbər verir ki, bunu İzmir şəhərində keçirilən mətbuat konfransında NEZ-in baş direktoru Mesut İlter deyib.
Onun sözlərinə görə, NEZ-in ümumi mənfəətinin 600-800 mln. dollar, xalis mənfəətinin isə 500 mln. dollar olacağı gözlənilir.
M. İlter əlavə edib ki, neft emalı zavodunun tam gücü ilə işlədiyini nəzərə alaraq, artıq gələn ilin nəticələrinə görə, sözügedən göstəriciləri təmin etməyə mümkün olacaq.
Qeyd edək ki, "Star Rafineri" neft emalı zavodu ötən ilin oktyabr ayında istifadəyə verilib. Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Əsas məhsullarını dizel yanacağı (5 mln. tona yaxın), təyyarə yanacağı (1,5 mln. ton), nafta (1,5 mln. ton), reformat (1 mln yaxın) və kükürd, maye neft qazı, neft koksu və sair neft məhsullarıdır təşkil edir. Bu il zavodda 8 mln. ton neftin emalı nəzərdə tutulub. Bu ilin sonunadək müəssisə 4 milyin ton dizel, 1 milyon tona yaxın təyyarə yanacağı, 1 milyon ton nafta, 700 min ton reformat istehsal etməyə planlaşdırır. Lakin 2020-ci ildən etibarən "Star" ildə 10 mln. ton neft emal edəcək.

Orxan Vahidoğlu,

İstanbul-Bakı

"İki sahil"