10 oktyabr 2019 13:04
107

STAR məhsulları arasında benzin yoxdur

Neft məhsulları sahəsində Türkiyənin xaricdən aslılığını aradan qaldırmağı və cari kəsirini azaltmağı hədəfləyən STAR NEZ məhsul çeşidləndirilməsini də bu məqsədlə həyata keçirir. 
"İki sahil" xəbər verir ki, bu barədə STAR NEZ-nun baş direktoru Mesut İlter məlumat verib.
"Zavod ildə 4.8 milyon ton dizel istehsalı ilə Türkiyənin dizel idxalından asılılığlnı əhəmiyyətli şəkildə azaldacaq. NEZ-un məhsulları arasında benzinin olmadığını bildirən M.İlter vurğulayıb ki,  daha çox dizel yanacağı və LPG yerli tələbatdır. İllik 2 milyon ton benzinə tələbat varsa 24 milyon ton dizel yanacağına ehtiyac var.

Orxan Vahidoğlu,

İstanbul-Bakı

"İki sahil"