10 oktyabr 2019 12:26
108

STAR NEZ gündəlik emal gücü 214 min barrel xam neft həcmindədir

SOCAR tərəfindən İzmirin Əliağa bölgəsində inşa edilən STAR NEZ Türkiyənin emal olinmuş neft ehtiyacının 25 %-ni təkbaşına təmin edir." "İki sahil" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında STAR NEZ-nun baş drektoru Mesut İlter deyib.
İllik emal gücü 10 milyon ton xam neft olan zavodda 4.8 milyon ton dizel və 1.6 milyon nafta ilə yanaşı Türkiyənin cari kəsirində xüsusi əhəmiyyətə malik olan təyyarə yanacağı və LPG kimi neft məhsulları istehsal edilir. 
Mesut İlter məlumat verib ki, 100-dən artıq neft çeşidini emal etməyə qadir olan STAR zavodunun gündəlik emal gücü 214 min barrel xam neft həcmindədir."

Orxan Vahidoğlu,

İstanbul-Bakı

"İki sahil"