21 avqust 2019 12:57
674

Stiven Biqen Rusiyaya getməkdən imtina edib

ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə namizəd hesab edilən Birləşmiş Ştatların KXDR üzrə xüsusi nümayəndəsi Stiven Biqen bu vəzifədən imtina edib.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Məlumata görə, S.Biqen yeni vəzifə tutmaq niyyətində olmadığını, bütün diqqətini Şimali Koreyanın nüvəsizləşdirilməsi məsələsinə yönəltdiyini söyləyib.

S.Biqen həmçinin Pxenyanın danışıqları bərpa etməyə hazır olduğunu açıqladığı anda rəsmi Vaşinqtonun da danışıqlara hazır olduğunu bildirib.