11 fevral 2019 17:37
263

Sumqayıt şəhərində qaz kəmərləri yenidən qurulur

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi ölkə ərazisində təbii qaz təchizatının yaxşılaşdırılması, qaz şəbəkəsinin nəqletmə imkanlarının artırılması, əhalinin ''mavi yanacaq''la təhlükəsiz, itkisiz və keyfiyyətli təmin edilməsi məqsədilə görülən işləri uğurla yerinə yetirir.

Görülmüş işlərin nəticəsi olaraq, paytaxt Bakı ilə yanaşı, Sumqayıt şəhərində də qaz kəmərləri yenidən qurulur. Belə ki, şəhərin 21-ci mikrorayon ərazisində, 76-cı, 49-cu və 52-ci məhəllələrində, həmçinin Novxanı bağları adlanan ərazidə qaz kəmərlərinin yeniləri ilə əvəz olunması üçün layihə üzrə 24700 metrə yaxın xəttin çəkilməsi nəzərdə tutulub. Hazırda qeyd olunan ərazilərdə 2500 metrə yaxın qaz kəməri çəkilib. Bundan başqa, şəhərdə həyətyanı sahələdə yerləşən qaz sayğaclarının da yeni çəkilmiş xətlərin üzərinə quraşdırılması işləri aparılır.

Aparılan işlər nəticəsində istehlakçılar normativ təzyiqlə, keyfiyyətli və fasiləsiz təbii qazla təmin olunurlar.