07 avqust 2020 17:48
1377

Sumqayıtda dənizdə batan qadınlardan biri ölüb, digəri xilas edilib

Sumqayıtda bir nəfər dənizdə boğulub.  

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sahil küçəsində fəaliyyət göstərən "Diana" istirahət mərkəzinin çimərlik ərazisində qeydə alınıb. Dənizdə çimən iki qadın boğulmağa batıb. Onlardan biri xilas edilib. 42 yaşlı digər qadın isə boğularaq ölüb.  

Faktla bağlı araşdırma aparılır.