20 sentyabr 2020 00:19
885

Süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb

Azərbaycanda pandemiya xəstəxanalarının reanimasiya şöbələrində koronavirusla əlaqədar müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb.

“İki sahil” xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)  bildiriblər ki, hazırda reanimasiya şöbələrində 108 nəfər müalicə alır. Xəstələrdən 8-i süni tənəffüs cihazına qoşulub.

Ölkəmizdə müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 1867 nəfərdir.