21 yanvar 2021 14:38
934

Super Liqa klubundan yeni transfer

Ötən ilin yayında "Qarabağ”a keçəcəyi gündəmdə olan Bosniya və Herseqovina millisinin futbolçusu Amar Rahmanoviç karyerasını Türkiyədə davam etdirəcək.

“İki sahil” xəbər verir ki, "Sarayevo” klubunun 27 yaşlı yarımmüdafiəçi Super Liqa təmsilçisi "Konyaspor”la anlaşıb.

Bu barədə Konya klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, Rahmanoviçlə 1,5+1 şərti ilə müqavilə imzalanıb.