16 oktyabr 2019 11:53
764

Suriya erməniləri Ermənistana köçməkdən imtina etdilər

Suriya erməniləri Ermənistanda məskunlaşmaqdan imtina ediblər.

Azvision.az xəbər verir ki, bu barədə “Jamanak” nəşri Suriyadakı mənbələrə istinadla yazıb.

Məlumata görə, hazırda Hələbə köçməkdən imtina edən 3800-4000-ə yaxın erməni kürdlərin nəzarəti altında olan Qamışlı şəhərində yaşamaqda davam edir.

“Onlara Ermənistanda məskunlaşma təklif edilib. Lakin Ermənistandakı yaşayış şəraitinin yaxşı olmadığını bildiklərini deyərək, bu təklifi rədd ediblər”, - deyə "Jamanak" yazıb.