14 oktyabr 2019 16:19
994

Suriyada Rusiya-Türkiyə müharibəsi ola bilərmi? - Kremldən AÇIQLAMA

“Belə bir hetimal haqqında düşünməyi belə istəmirik”.

Publika.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Türkiyənin“Sülh çeşməsi” hərəkatı əsnasında Türkiyə və Rusiya ordularının qarşıdurma yaşaması ehtimalına dair suala cavabında deyib.

“Heç olmasa, belə bir təhlükənin olub-olmadığını söyləyə bilərsinizmi” sualını isə Peskov “söylədiklərimə əlavəm yoxdur, bunun üçün (təhlükə ehtimalı) əsgərlərimiz əlaqə saxlayır” ifadələri ilə cavablandırıb