26 sentyabr 2020 23:25
724

Suriyanın Türkiyə ilə sərhəddə yerləşən şəhərində partlayış

Bu gün Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Ras əl-Ayn şəhərində park edilmiş avtomobildə partlayış baş verib. 

“İki sahil” APA-ya istinadla xəbər verir ki, bu haqda SANA agentliyi məlumat yayıb. Hadisə nəticəsində ikisi uşaq olmaqla yeddi mülki şəxs həyatını itirib.

Xatırladaq ki, Ras əl-Ayn şəhərində avqustun 27-də də analoji hadisə baş vermişdi. Partlayış nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.