14 avqust 2019 10:16
189

Sürücünün idarəetməni itirməsi piyadanın ölümü ilə nəticələnib

Avqustun 13-də gecə saatlarında Sumqayıt şəhəri ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Quba avtomagistral yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib ki, qəza nəticəsində “Fiat Doblo” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarında duran 1940-cı il təvəllüdlü I qrup əlil Sübhanov Sabir Hüseyn oğlunu vurub. Qəza nəticəsində piyada ölüb.

Faktla bağlı araşdırma aparılır.