“ASAN xidmət”in sədri Ülvi Mehdiyev “facebook” səhifəsində Qarabağın gözü Şuşa ilə bağlı videoçarx paylaşıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, videopaylaşımda tezliklə işğaldan azad olunacaq Şuşada “ASAN xidmət” mərkəzinin yaradılacağına və burada vətəndaşlara xidmət göstəriləcəyinə əminlik ifadə olunub.