24 fevral 2020 16:16
1339

Tahir Rzayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Tahir Rzayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Tahir Musa oğlu Rzayev “Şöhrət” ordeni ilə təltif edilib.