15 aprel 2019 17:26
83

Taksidə siqaret çəkənləri polis cərimələyəcək

Prezident İlham Əliyev “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda edilən dəyişikliyə əsasən taksi minik avtomobilində tütün çəkənləri Daxili İşlər Nazirliyinin əməkdaşları cərimələyəcək. 

Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 5.27-1-ci bəndinə “Nazirliyi,” sözündən sonra “taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi,” sözləri əlavə edilib. 

Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 4 fevral tarixli 514 nömrəli və 12 mart tarixli 586 nömrəli fərmanları) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2.1-ci, 2.2-ci və 2.4-cü bəndlərinə “322.0.2,” rəqəmlərindən sonra “322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə),” sözləri əlavə edilib.