18 oktyabr 2019 17:37
903

Tanınmış alman məşqçi türklərə görə ölkəsini sərt tənqid etdi

Tanınmış alman məşqçisi Kristof Daum ölkəsində türk fotbolçuların hərbi salamla bağlı tənqidlərinə sərt cavab verib.

"İki sahil" Fanat.az-a istinadən xəbər verir ki, bir vaxtlar Türkiyədə "Fənərbağça", "Beşiktaş" və "Bursaspor"u çalışdırmış məşqçi Almaniyanın Sport1 televiziyasına açıqlamsaında hərbi salamı "skandal" kimi təqdim edən almanlara Türkiyədə əsgərin kim olduğunu izah edərək məsələyə münasibət bildirib: 

"Türkiyədə 3 klubda çalışmışam. Türk ordusunun ölkədə böyük hörməti var. Orada yüzlərlə oyunçu ilə işləmişəm və dəfələrlə futbolçuların hərbi salam verdiyinə şahid olmuşam. Ancaq bu, heç vaxt bu qədər hadisəyə çevrilmədi. Türk ordusu Türkiyədə böyük bir prioritetə malikdir. Türkiyədə əsgər Almaniyadakı polis kimi bir şeydir. Əsgərlər dostunuz, köməkçinizdir orada".