08 avqust 2019 11:53
970

“Taxt-tac oyunları”nın yaradıcıları HBO-nu tərk ediblər

“Taxt-tac oyunları” teleserialının yaradıcıları Devid Benioff və Deniel Brett Uays HBO telekanalını tərk etmək və “Netflix” şirkəti ilə müqavilə imzalamaq barədə qərar qəbul ediblər. AZƏRTAC RİA “Novosti” agentliyinə istinadla xəbər verir ki, müqavilənin məbləği 200 milyon dollardır.

Məlumatda deyilir ki, onlar “Netflix” üçün yeni telelayihələr üzərində çalışacaqlar. Söhbətin məhz hansı layihələrdən getdiyi açıqlanmır.

Benioff və Uays çoxillik əməkdaşlığa görə HBO-ya təşəkkür ediblər.