13 dekabr 2019 20:08
807

Təhsil nazirinin müavini Abşeronda gənc müəllimlərlə görüşüb

Dekabrın 13-də Təhsil nazirinin müavini Firudin Qurbanov Abşeron Rayon Mədəniyyət Mərkəzində gənc müəllimlərlə görüşüb.

Təhsil Nazirliyindən bildiriblər ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən görüşdə Abşeron, Şuşa və Zəngilan rayon ümumtəhsil məktəblərində fəaliyyət göstərən 400-dən çox müəllim iştirak edib.

Tədbirdə F.Qurbanov müasir dövrdə müəllimdən tələb olunan keyfiyyətlər haqqında məlumat verib. Nazir müavini qeyd edib ki, müəllimin əsas vəzifələrindən biri şagirdə informasiyalardan düzgün istifadə etməyi öyrətməkdir. Müəllim təkcə fənni tədris etməməli, həmçinin şagirdin tənqidi düşüncəsi, təhlil bacarığını müəyyən etməlidir. Bundan əlavə, müəllimlər dərs zamanı şagirdlərin sağlamlığına da önəm verməlidirlər.

Nazir müavini təhsil sahəsində həyata keçirilən tədbirlərdən, əldə olunan nailiyyətlərdən də bəhs edib.

Sonra fikir mübadiləsi aparılıb.