13 avqust 2020 11:18
1339

Tərtərdə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Hacıqərvənd kənd sakini Ramal Mehdiyev saxlanılıb.

“İki sahil”in məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilir ki, R.Mehdiyevin kənd ərazisindəki yaxın qohumuna məxsus evin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 20 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Tərtər RPŞ-də araşdırma aparılır.