15 oktyabr 2019 16:30
905

Tərtərdə kombayn qaz xəttini qırıb

Tərtər rayonunun Qaynaq kəndinin bir hissəsinə qazın verilişi dayandırılıb.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib.

Verilən məlumata görə, diametri 57 mm olan orta təzyiqli qaz xəttini pambıqyığan kombaynla vuraraq zədələyiblər. Hadisə zamanı kəmərdə qaz sızması baş verib.

Hazırda hadisənin fəsadlarının aradan qaldırılması üçün işlər görülür və sızmanın ləğvi məqsədi ilə müvəqqəti olaraq ərazidə qaz təminatı dayandırılıb.