16 yanvar 2021 11:34
638

Tətbiq olunan sərt karantin rejimi öz müsbət nəticələrini verib

Azərbaycanda koronavirusla bağlı aparılan hərtərəfli mübarizə tədbirləri öz müsbət nəticələrini verməkdədir.


"İki sahil" xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, dekabrın 14-dən tətbiq olunan sərt karantin rejimi öz müsbət nəticələrini verib. Hazırda vaksinasiya prosesi önəmlidir. Yoluxma əmsalının 31 faizdən 5 faizə enməsi müəyyən yumşalmalara getməyə əsas verir. Biz bir neçə mərhələdən ibarət yumşalma prosesinə start veririk.