KÖŞƏ

Zahid Rza

Tfu sizin sifətinizə...

18 iyun 2020 11:50
2205

Sizin sifətinizdə Vətənimizə, millətimizə qarşı nifrətin, həyasızlığın və xəyanətin cizgiləri var.

“Milli Şura” adlı zooparkın “zoom konfrans”ındakı mənəviyyatsızlığa daha nə deyəsən?!

Bir dəstə mənəviyyatsız xəyanətkar ünsürün toplandığı “Milli Şura” nın bu yaxınlardakı “zoomkonfrans”ları bir daha sübut etdi ki, vaxtilə xarici anti-Azərbaycan dairələrin sifarişi ilə yaradılan bu qurum ermənipərəst dairələrin ölkəmizlə bağlı sifarişlərini yerinə yetirmək üçün ən çirkin vasitələrdən istifadə etməkdən belə çəkinmir. Son vaxtlardakı bu videokonfranslar həmçinin bir daha göstərdi ki, bu qurumda təmsil olunan radikal müxalifət təmsilçilərinin başbilənlərindən olan Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, onların xaricdəki emissarları - Sevinc Osmanqızı, Qənimət Zahid və digərləri mənəvi-əxlaqi deqradasiyanın pik nöqtəsindədirlər.

Uzun illər özlərini cəmiyyətimizə “demokrat” kimi sırımağa çalışan, hər dəfəsində də maskaları yırtılaraq ifşa olunan bu antimilli, radikal dəstənin sonuncu “zoomkonfrans”dakı mənəviyyatsız hərəkətləri, küçə psixologiyasına uyğun jarqonları, naqislikləri, Azərbaycan əleyhinə çıxışları cəmiyyətimiz tərəfindən kəskin etirazla qarşılandı. İctimaiyyətimiz bir daha gördü ki, heç bir sosial bazası olmayan, yalnız beş-üç nəfər avantürist karyeristin toplandığı, çirkli pulların müqabilində anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirən “Milli Şura” tamamilə iflasa uğrayıb. Həmin “videotoplantı” öz şəxsi mənafeyi naminə ümummilli maraqları hər an ayaqlar altına atmağa hazır olan, xalqımızın firavanlığına xor baxan, ölkəmizdəki sabitliyi pozmağa çalışan “milli şura”çıların antimilli simasını tam çılpaqlığı ilə nümayiş etdirdi.

Erməni lobbisinin, Azərbaycan əleyhdarlarının çirkli pulları ilə bəslənən bu başıpozuq dəstədəkilər məlum videotoplantıda artıq bütün etik, mənəvi-əxlaqi sərhədləri aşaraq hətta dünya bazarlarında neftin qiymətinin aşağı düşməsinə sevindiklərini belə utanmadan ifadə etdilər. Planetimizi cənginə alan, dünya iqtisadiyyatını şoka salan, ayrı-ayrı ölkələrin iqtisadi inkişaf proqnozlarını alt-üst edən koronavirus pandemiyası dövründə Azərbaycan neftinin qiymətinin aşağı düşməsini toy-bayrama çevirən, bu münasibətlə bir-birilərini təbrik edən Gültəkin Hacıbəyli, Cəmil Həsənli kimi qrant gəmiricilərinin, xəyanət simvollarının bu hərəkətləri hər bir azərbaycanlıda ikrah hissi doğurur. Çünki hamımız yaxşı bilirik ki, Azərbaycan neft ölkəsidir. Ölkəmizdə bütün sahələrin, eləcə də qeyri-neft sektorunun inkişafı, respublikanın tərəqqisi neftdən gələn gəlirlərlə bilavasitə bağlıdır. Neftin qiymətinin aşağı düşməsi ölkəmizin büdcəsinə mənfi təsir edirsə buna necə sevinmək olar?! Azərbaycan neftinin dünya bazarında qiymətinin aşağı düşməsinə ermənilərdən, bir də “sapı özümüzdən olan baltalar”dan başqa kim sevinə bilər ki? Bu üzdən “Milli Şura”nın videotoplantısında özlərini ifşa edən G.Hacıbəyli və C. Həsənli arasındakı dialoq ölkəmizə, xalqımıza qarşı əsl xəyanətkarlığın, satqınlığın və düşmənçiliyin əyani təsdiqidir. Bu dialoqa diqqət edəndə bunun canlı şahidi oluruq:

Gültəkin Hacıbəyli:

- A millət, a millət, xəbəriniz var? Hamınızı təbrik edirəm yeri gəlmişkən, neft 14 dollara düşüb.

Az sonra Gültəkin Hacıbəyli iclasa qoşulan Cəmil Həsənlini də təbrik edir:

- Cəmil müəllim, şəxsən mən də bu gün Sizdən təbrik qəbul edə bilərəm, neftin 14 dollara düşməyi münasibətilə. Ad günüm olmasa da.

Cəmil Həsənli:

- Həəə, bilirsən, o son hədd olsaydı təbrik etmək olardı, amma son hədd deyil də...

 Daha nə deyəsən, necə edəsən? Sözün bitdiyi yerdir. Demək ki, ölkəmiz üçün, xalqımız üçün nə qədər pisdirsə, bu xəyanətkarlar üçün o qədər yaxşıdır. Belə yerdə bizə ancaq onu demək qalır ki, tfu sizin sifətinizə. Çünki sizin sifətinizdə çörəyini yeyib, havasını udduğunuz Vətəninizə - Azərbaycana, onun müstəqilliyinə, inkişafına, tərəqqisinə xalqımıza, millətimizə qarşı nifrətin, həyasızlığın və xəyanətin cizgiləri var.