04 dekabr 2020 18:24
494

Tovuzda da şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Şəhidlərimizin əziz xatirəsi Tovuzda da bir dəqiqəlik sükutla yad edilib. Ölkəmizin hər yerində olduğu kimi, bu rayonda da avtomobillər və piyadalar hərəkətini dayandırıb.

AZƏRTAC xəbər verir ki, Vətən müharibəsində canları və qanları ilə tarix yazanların ruhuna dualar oxunub, yaralı hərbçilərimizə Allahdan şəfa dilənib. Bildirilib ki, bu gün böyük qələbənin qazanılması məhz onların sayəsində oldu. Bundan sonra da ərazi bütövlüyümüzün və sərhədlərimizin qorunmasında müzəffər ordumuza uğurlar arzulanıb.