23 sentyabr 2019 10:50
740

Tovuzun təbii qaz təchizatında fasilə olacaq

Sentyabrın 23-də saat 09:00-dan 18:00-dək Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 4 zolaqlı genişləndirilməsi ilə bağlı tikinti sahəsinə düşən qaz kommunikasiya xətlərinin təhlükəsiz əraziyə köçürülməsi işləri icra olunacaq. Bu müddətdə Tovuz rayonu, Aşıralılar, Aran Yanıxlı kəndləri və Qovlar şəhərində qaz təchizatında fasilə olacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.