15 yanvar 2019 15:35
305

“Trabzonspor”un yarımmüdafiəçisi Parmada FOTO

Yarımmüdafiəçi karyerasını İtaliyada davam etdirəcək

Türkiyənin “Trabzonspor” futbol klubunun slovakiyalı yarımmüdafiəçisi Yuray Kuçka karyerasını İtaliyada davam etdirəcək.

31 yaşlı yarımmüdafiəçi “Parma” klubu ilə razılıq əldə edib. Son danışıqlardan sonra Kuçka “Trabzonspor”dan ayrılaraq “Parma” ilə rəsmi müqavilə imzalayıb.

Kuçka 2017-ci ildə “Milan”dan 5 milyon avroya “Trabzonspor”a transfer olunub. Yarımmüdafiəçi Slovakiya millisinin heyətində 63 oyunda meydana çıxıb.