22 yanvar 2019 16:50
398

Tramp “Ən pis aktyor” nominasiyasına layiq görülüb

ABŞ prezidenti Donald Tramp “Qızıl moruq” ("Razzie") antimükafatının “Ən pis aktyor” nominasiyasının qalibi olub.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, namizədlərin siyahısı anti-mükafat saytında yerləşdirilib.

Mükafat Trampa Dineş de Souzanın “Millətin ölümü” və Maykl Murun “Farenheit 11/9” filmlərində sənədli kadrların çəkilişləri zamanı baş rolda pis oyununa görə verilib.

Həmçinin ABŞ-ın birinci xanımı Melaniya Tramp da “Farenheit 11/9”da çəkildiyinə görə “Ən pis ikinci dərəcəli aktrisa” nominasiyasının qalib olub.

Qeyd edək ki, “Qızıl moruq”un 39-cu təqdimetmə mərasimi fevralın 23-də keçiriləcək.