30 oktyabr 2020 01:52
738

Tramp siyasətçi olmadığını bildirib

ABŞ prezidenti Donald Tramp bildirib ki, o özünü siyasətçi hesab etmir.

"İki sahil" xəbər verir ki, Ağ Ev rəhbəri müvafiq bəyanatı özünün "Twitter"dəki hesabında yazıb.

"Mənim bəyanatlarım Vaşinqtonun tipik siyasətçilərinin çıxışları ilə oxşar deyil, çünki mən siyasətçi deyiləm”, - deyə Tramp bildirib.

"Mən həmişə Vaşinqtonun siyasi elitasının qaydaları üzrə oynamıram, ona görə ki, mən sizin (seçicilər-red) uğrunuzda güclü mübarizə aparmaq üçün seçilmişəm", - o əlavə edib.