13 avqust 2020 15:19
963

Tramp: Uzaqdan səsvermə ABŞ tarixindəki ən böyük hiylə olar

“Seçkilərdə əsas problem Çin, İran və ya Rusiya olmayacaq, əsas problem demokratlar olacaq”.

“İki sahil” xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Donald Tramp Rusiya, İran və Çin kimi ölkələrin ABŞ keçiriləcək seçkilərə müdaxilə edəcəyi ilə bağlı iddialara münasibət bildirərkən deyib.

Demokratların, noyabrın 3-də keçiriləcək seçkilərin koronavirusla əlaqədar poçt vasitəsi ilə təşkil edilməsi təklifini tənqid edən Prezident vurğulayıb ki, uzaqdan səsvermə ABŞ tarixindəki ən böyük hiylə olar.